16 yaşlı Gülnarənin ölümünə səbəb olan DƏHŞƏTLİ XƏSTƏLİK

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Beynində daşıdığı milyonda bir rast gəlinən virus 16 yaşlı Astara sakini Gülnarə Əlizadənin həyatına son qoyub. Təqribən 2 ay əvvəl dərs vaxtı onun səhhətində problem yaranıb. Həkimlər tərəfindən görülən tədbirlərə baxmayaraq, qızın həyatını xilas etmək mümkün olmayıb. Mütəxəssislər bildirirlər ki, yeniyetmənin ölümünə səbəb baş və beyində yaranan iltihabdır.

“Kəskin disseminəedici ensefalomiyelit baş və onurğa beyin iltihabı xəstəliyidir. İmmun sisteminə olan təsir nəticəsində beyində olan iltihab və buna bağlı zədə formalaşır. Hər hansı bakterial yoluxma və virus nəticəsində yarana bilər. Əsasən qış və yaz aylarında təsadüf olunur. İnfeksiyadan 2 həftə sonra nevroloji əlamətlər görünür. Temperaturun qalxması, yerişin pozulması, keyimələr, görmə pozuntusu, ikili görmə kimi əlamətlərə çox rast gəlinir”, − deyə nevroloq Elşən Qarayev bildirib.

Mütəxəssislərin sözlərinə görə, müalicəyə vaxtında başlanılsa, müsbət nəticə əldə etmək mümkündür. Diqqət etməli olduğumuz ən həssas məqam düzgün diaqnozun təyin edilməsidir.

Ətraflı verilən məlumatda:

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version