247press-in “APA”ya istinadən əldə etdiyi məlumata görə, “Yüksəliş” müsabiqəsinin qaydalarının 9.2.4. bəndini (İstənilən növ tapşırıqları keçməkdən imtina və ya həmin test zamanı köməkdən istifadə etmə və kömək etmək cəhdi) kobud şəkildə pozduğuna görə Ümumi biliklər üzrə əsas imtahandan 50 namizəd kənarlaşdırılıb.
Müsabiqənin Təşkilat Komitəsindən bildirilib ki, aprelin 27-də beşinci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi çərçivəsində Ümumi biliklər üzrə əsas imtahanı keçirilib. Ümumilikdə 10 729 iştirakçı imtahanda iştirak edib.
Həmçinin, qeyd edilib ki, ümumi biliklər üzrə əsas imtahanda iştirak etməyən namizədlər növbəti mərhələyə buraxılmır.
Mənbə
Leave feedback about this