“Mərkəzi Bankın yeni inzibati binasının tikintisinə bu günə qədər 477 milyon 348 min manat xərclənib, son tamamlama işlərinə daha 153 milyon 883 min manat xərclənəcək”.
Bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, Mərkəzi Bankın yeni binası ümumilikdə 631 milyon 231 min manata başa gələcək:
“Mərkəzi Bankın indiki binasında bir neçə dəfə olmuşam, gözəl, müasir binadır. Təkcə fasad şüşələrinin rəngini dəyişib şəffaf etsəydilər, bəs edərdi. Yeni binaya niyə ehtiyac yarandı? Niyə 631 milyon manat xərclənməli idi ki, bu binaya? Bu vəsaitə Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı”.