Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Kriminal

Bakıda professorun meyiti tapıldı


Bakıda mənzildən meyit tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 24-ü saat 12 radələrində 1947-ci il təvəllüdlü Rahilə Hüseyn qızı Quliyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Yasamal rayonu Şərifzadə küçəsi ev 408 ünvanındakı mənzildə tapılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bildirilib ki, vəfat edən R.Quliyeva Bakı Slavyan Universitetinin Dissertasiya şurasının sədri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru olub.

Universitetin rektoru Anar Nağıyev sosial şəbəkədə onun vəfatı ilə əlaqədar başsağlığı paylaşaraq R.Quliyevanın son günlərədək elmi fəaliyyətini davam etdirdiyini və bir neçə gün öncəyədək universitetə gəldiyini qeyd edib.  



Source link

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video