Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Digər

sahibkarlar banka getmədən kredit götürəcəklər


APA-ya daxil olan məlumata görə, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC “Yelo Bank” ilə əməkdaşlığı genişləndirib.

“AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza ilə “Yelo Bank” fərdi sahibkar müştərilərinə kredit verilməsi prosesini tam rəqəmsallaşdırıb. Artıq bankın sahibkar müştəriləri “SİMA İmza”dan istifadə edərək kredit müqaviləsini rahatlıqla imzalaya bilərlər.

Xidmət çərçivəsində bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim edir. Müştəri, “SİMA İmza” mobil tətbiqində öz sahibkar sertifikatı ilə QR kodu skan edərək sənədlərlə tanış olur və bir kliklə bütün sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar həm növbə gözləmir, həm vaxtına qənaət edir, həm də kağız sənədlərlə iş prosesindən azad olur.

Qeyd edək ki, 2022-ci ildən “SİMA İmza”nın tərəfdaşı olan “Yelo Bank”ın mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyatdan keçmək, onlayn əmanət yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı yaradılıb.

SİMA yeni nəsil rəqəmsal imza ilə xidmət mərkəzlərindən asılılığa son qoyur, qurumların iş yükü və xərcləri azalır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran və hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” biznes proseslərini sürətləndirir. Maliyyə əməliyyatları zamanı SİMA-nın üztanıma texnologiyası sayəsində təhlükəsizlik və etibarlılıq təmin edilir. Mobil tətbiqi yükləməklə əldə olunan SİMA yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.



Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video