“247press” Lənkəran Konserv Zavodunun sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq 22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə təmizlik aksiyası keçirdiyini xəbər verir. Xəzər dənizinin Lənkəran şəhəri sahil zolağında ətraf mühitin qorunması məqsədilə sahənin 2,000 kvadrat metr ərazisi məişət tullantılarından tamamilə təmizlənib. Təmizlik aksiyası nəticəsində toplanan tullantılar, ekoloji tarazlığına mühüm töhfə verilərək standartlara uyğun şəkildə bərk məişət tullantıları poliqonuna daşınıb və təhlükəsiz utilizasiya edilmişdir.
Bu təşəbbüs, zavodun yalnız yüksək keyfiyyətli məhsullar istehsal etməklə məhdudlaşmadığını, eyni zamanda regionun ekoloji sabitliyinə və sosial rifahına da qatqı təmin etdiyini nümayiş etdirir. Lənkəran Konserv Zavodu bu cür fəaliyyətləri ilə ətraf mühitin qorunmasında, gələcək nəsillərə təmiz və sağlam bir dünya qalmasında önəmli rol oynamağa çalışır.
Eyni zamanda, bu layihə “Azərsun Holdinq”in dayanıqlı inkişaf prinsipləri çərçivəsində həyata keçirdiyi müxtəlif ekoloji layihələrdən biridir. Şirkət həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təbiətin qorunması üçün mütəmadi olaraq fəaliyyət göstərir. İstehsal sahələrində isə ətraf mühitin qorunması, tullantıların azaldılması və enerji səmərəliliyinin artırılması üçün də rutin addımlar atır.
Leave feedback about this