Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Dünya Müharibə

CİA-in direktor müavininin oğlu Ukraynadakı müharibədə həlak olub

247press-in “APA”ya istinadən əldə etdiyi məlumata görə, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəqəmsal innovasiyalar üzrə hazırkı direktor müavini Culian Qallina Qlossun oğlu, 21 yaşlı Maykl Qloss, Ukraynadakı müharibədə həlak olub.

Məlumata görə, Qloss Rusiya tərəfində döyüşüb. Bildirilib ki, Maykl 2023-cü ildə Rusiyaya səfərindən sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Ondan əvvəl o, “ABŞ-ın ən yaşıl kollecində” təhsil alıb, müharibə əleyhinə etiraz aksiyalarında iştirak edib, qadınların hüquqlarını və iqlimin qorunmasını müdafiə edib.

2023-cü ildə Qloss təhsilini yarımçıq qoyaraq dünya səyahətinə çıxıb və “Rainbow Family” anarxist təşkilatına qoşulub, Türkiyədə zəlzələdən sonra dağılmış ərazilərin bərpasında iştirak edib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video