247press-in APA-ya istinadən əldə etdiyi məlumata görə, İspaniya Kral Kubokunun final matçından öncə qalmaqal yaşanıb. Məlumata əsasən, “Real” oyunöncəsi məşqə çıxmaqdan imtina edib.
Buna səbəb “kral klubu”nun qarşılaşmanın hakimləri Rikardo De Burqos və Pablo Qonzalesin dəyişdirilməsini istəməsi ilə bağlıdır. Madridlilər mətbuat konfranslarını və finala qədər olan bütün tədbirləri ləğv etdiklərini açıqlayıblar.
Qərarın hakimlərin “Real”a qarşı ifadələri ilə bağlı olduğu bildirilib, buna görə oyunun baş tutması da sual altına düşüb.
Qeyd edək ki, Kral Kubokunun finalında “Real” “Barselona” ilə qarşılaşacaq və görüş aprelin 27-də baş tutacaq.
Mənbə
Leave feedback about this