Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
İdman

Bu gecə “El-Klasiko” var

“247press”in verdiyi məlumata görə, bu gecə İspaniya Kral Kubokunun finalında “El-Klasiko” baş tutacaq.

“247press” xəbər verir ki, əzəli rəqiblər “Barselona” və “Real Madrid” üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da, Sevilyada başlayacaq.

Bu, “Barselona” və “Real” arasında bu mövsüm üçüncü “El-Klasiko” olacaq. Kataloniyalılar əvvəlki iki qarşılaşmada qalib gəlib. Madrid klubu rəqibinə ötən ilin oktyabrında La Liqada 4:0, yanvarda keçirilən İspaniya Superkubokunun finalında isə 5:2 hesabı ilə məğlub olub.

Ümumilikdə İspaniyanın iki nəhəng klubu 259 matçda qarşılaşıb, “Real” 106, “Barselona” 102 dəfə meydandan qalib ayrılıb, 51 dəfə isə heç-heçə ediblər

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video