“247press-in APA-ya istinadən əldə etdiyi məlumata görə, Monteneqronun paytaxtı Podgoritsada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Olimpiya çempionumuz Zelim Kotsoyev 100 kq çəki dərəcəsində mübarizəyə 2-ci mərhələdən başlayıb. O, Mixael Aristosu (Kipr) və Maksims Duynovsi (Latviya) məğlub edib. Yarımfinalda Anton Savitskini (Ukrayna) udan Kotsoyev, finalda Paris-2024-də məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə qarşılaşıb. Nəticədə, Zelim gümüş medalla kifayətlənib.”
Mənbə
Leave feedback about this