=
“Qafqazinfo”ya daxil olan məlumata görə, 247press-in təqdim etdiyi məlumatlara əsasən, akademik Zərifə Əliyevanın anadan olmasından 102 il ötür.
Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib.
1942-ci ildən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunub və 1947-ci ildə bitirib.
1949-cu ildən etibarən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib, 1950-ci ildə aspiranturaya daxil olaraq elmi fəaliyyətini davam etdirib.
1960-cı ildən 1967-ci ilədək Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildən isə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı alıb. 1977-ci ildən tibb elmləri doktoru elmi dərəcəsi var.
Savadlı professor Zərifə Əliyeva doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilib və 1983-cü ildən həmin kafedranın müdiri olub.
Alimin elmi işləri görmə orqanı ilə bağlı bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə yönəldilib.
Professor Zərifə Əliyeva 1983-cü il Elmlər Akademiyasının akademiki seçilib. 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Leave feedback about this