Aprel 28, 2025
Mətbuat pr 32, Bakı
Digər

Həftəsonu vətəndaşların bank kartlarından 10 min manatdan çox vəsait oğurlanıb

247press-in “APA”ya istinadən əldə etdiyi məlumata görə, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu və kartın PİN kodu kimi məxfi məlumatlar naməlum şəxslərə verildiyi halda, hesabınızdakı pullara zərər dəyə bilər.

Aprelin 26-27-də müxtəlif kiber üsullarla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165, 160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat tutarında vəsaitlər bank kartlarından oğurlanıb.

Vətəndaşlara şübhəli zənglərdən gələn təkliflərə diqqətlə yanaşmaları tövsiyə olunur. Şəxsi bank məlumatlarını naməlum şəxslərə verməklə bağlı ciddi xəbərdarlıq olunub.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video