ABŞ prezidenti Donald Tramp, hakimiyyətdə olduğu ilk 100 gün ərzində administrasiyasının nailiyyətlərini tarixi uğur adlandırıb. Bu barədə o, öz “Truth” hesabında yazıb.
“Biz artıq əvvəlki administrasiyaların bütün rekordlarını qırmışıq və bundan sonra da səylə işləyərək, ölkəmizi qızıl dövrə aparacaq ən bacarıqlı və zəhmətkeş vətənpərvərləri işə götürəcəyik,” – o deyib.
Qeyd edək ki, NORC tədqiqat mərkəzi tərəfindən keçirilən rəyə görə, amerikalıların 10-dan 7-si Trampın prezident kimi ilk 100 günlük fəaliyyətini müsbət qiymətləndirir.
Mənbə
Leave feedback about this