Aprel 29, 2025
Mətbuat pr 32, Bakı
İcazəsiz Həcc ziyarətinə gələnlərə ağır cəza tətbiq olunacaq
Asiya

İcazəsiz Həcc ziyarətinə gələnlərə ağır cəza tətbiq olunacaq

Səudiyyə Ərəbistanı bu ilin Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı sərt cərimələrin tətbiq ediləcəyini məlumatlandırıb. Yeni qaydalara əsasən, icazəsiz Həcc ziyarətinə gələnlər 5 min dollar (təxminən 20 min riyal) cərimə və 10 il müddətinə ölkəyə giriş qadağası ilə üzləşəcəklər.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, sabahdan etibarən başlayan və 44 gün davam edəcək yeni qaydalara uyğun olaraq, Həcc icazəsi olmadan Məkkəyə və müqəddəs yerlərə daxil olmağa çalışanlar ağır cəzalandırılacaq. Belə şəxslərə 20 min riyala (təxminən 5 300 dollar) qədər cərimə tətbiq ediləcək.

Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riyala (təxminən 26 000 dollar) qədər cərimələnəcəklər. Eyni zamanda, icazəsiz Həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya olunacaq və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək.

Qaydalar çərçivəsində ziyarət vizası olanları daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyulma imkanı var.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video