Səudiyyə Ərəbistanı bu ilin Həcc mövsümündə qaydalara riayət etməyənlərə qarşı sərt cərimələrin tətbiq ediləcəyini açıqlayıb. Yeni qaydalara əsasən, icazəsiz Həcc ziyarətinə gedənləri təxminən 5 min dollar cərimə və 10 il müddətində ölkəyə giriş qadağası gözləyir.
Məlumat verilir ki, 44 gün davam edəcək yeni qaydalara görə, həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə daxil olmağa cəhd edənlər ağır cəzalarla üzləşəcək. Onlara 20 min riala (təxminən 5 300 dollar) qədər cərimə tətbiq olunacaq.
Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar. İcazəsiz həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə giriş qadağan ediləcək.
Həmçinin, ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyulacağı bildirilir.
Mənbə
Leave feedback about this