Aprel 29, 2025
Mətbuat pr 32, Bakı
Sabah 21° isti olacaq
Qafqaz

Sabah 21° isti olacaq

Aprelin 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqinin 769 mm civə sütunundan 763 mm civə sütununa enəcəyi proqnozlaşdırılır. Nisbi rütubət gecə 70-75%, gündüz isə 50-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə hava şəraitinin qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə oluna bilər. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda isə gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video