"Azərsun Holdinq" Ümumdünya Əməyin Mühafizəsi Günündə Mükafatlandırıldı
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş konfransda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə mükafat təqdim edilib. Bu mükafat, şirkətin əməyin mühafizəsi sahəsindəki uzunmüddətli və sistemli fəaliyyətinin, təhlükəsiz iş şəraitinin təmin olunması və əməkdaşların rifahına verilən önəmin əhəmiyyətli göstəricisidir. Mükafat "Azərsun Holdinq"in baş direktoru Savaş Uzan bəyə təqdim olunub.
Tədbirdə, əmək mühafizəsi sahəsində qabaqcıl təcrübə, həmkarlar ittifaqları ilə səmərəli əməkdaşlıq və müasir texnologiyaların tətbiqi sahəsində atılan addımlar yüksək qiymətləndirilib.
Konfrans çərçivəsində “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda müzakirələrdə, ölkədə qəbul edilən “Süni İntellekt Strategiyası”nın inklüziv məşğulluğa və yeni əmək vərdişlərinin formalaşmasına olan töhfələri vurğulanıb. Tədbirdə "Süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi", "Şərqdə və Azərbaycanda ilk kollektiv müqavilə – 120 il", AHİK-in “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələrini əhatə edən videoçarxlar da təqdim olunub.
Leave feedback about this