İran parlamenti yollar və şəhərsalma naziri Fərzanə Sadiqəyə qarşı impiçment proseduruna başlayıb. İran parlamentinin Təkmilləşdirmə Komitəsinin üzvü Məhəmməd Mənan Rəisi bu barədə məlumat verib.
O, bildirib ki, indiyədək yol və şəhərsalma nazirinin impiçmenti üçün parlament sistemində 40-dan çox imza qeydə alınıb və son məlumatlara əsasən, müraciət edən nümayəndələrin sayı artır.
İmpiçmentin əsas səbəbləri arasında liman idarəçiliyində səhlənkarlıq, səhv hesablamalar, passivlik və daşınmaz əmlak bazarının tənzimlənməsi ilə bağlı problemlər göstərilib.
Aprelin 26-da İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında güclü partlayış baş verib. Son məlumata əsasən, partlayış nəticəsində 70 nəfər ölüb, 1000-dən çox yaralı var.
Mənbə
Leave feedback about this