Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
RİNN-in dəstəyi ilə “INNOSUMMIT” infosessiyası keçirilib
İKT

RİNN-in dəstəyi ilə “INNOSUMMIT” infosessiyası keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə “INNOSUMMIT” infosessiyası keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “İnnovasiya Könüllüləri” İctimai Birliyi tədbiri birgə təşkil edib, Azərbaycan İnnovasiya Mərkəzi isə tərəfdaşlıq etmişdir.

Tədbirin açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnsan kapitalı departamentinin rəhbəri Gülnarə Osmanova qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verib.

“İnnovasiya Könüllüləri” İctimai Birliyinin baş katibi Təhmasib İmaməliyev “INNOSUMMIT”in innovativ düşüncəli gəncləri bir araya gətirən və onların ideyalarının reallaşmasına dəstək verən mühüm platforma olduğunu vurğulayıb.

Infosessiya çərçivəsində “MyGov” platforması, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, “Digital Bridge”, “Digital Finance” təşəbbüsləri, Rəqəmsal Sənəd Dövriyyəsi və “Holberton School” barədə təqdimatlar edilib. Sessiyalar interaktiv formatda keçirilib və iştirakçılar suallar verərək innovasiyayönümlü layihələr, rəqəmsal xidmətlər və İKT sahəsində təhsil imkanları barədə ətraflı məlumatlar əldə ediblər.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video