Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və bu zonaya xidməti ezamiyyətlərin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasında dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb. Yeni qərara əsasən, akkreditasiya üçün təqdim edilmiş sənədlərə, daxil olduğu gündən 15 gündən artıq olmamaq şərti ilə, Müdafiə Nazirliyində baxılacaq.
Müraciətə baxılması müddətində 7 gün ərzində Dövlət Təhlükəsizliyi Xidmətindən rəy alınacaq, bundan sonra isə müvafiq qərar qəbul ediləcək. Artıq xarici media subyektlərinin nümayəndələri ilə bağlı da Xarici Kəşfiyyat Xidmətindən rəy alınması zərurəti yaradılıb.
Mənbə
Leave feedback about this