Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
İspaniya DİN əksər bölgələrdə xüsusi fövqəladə rejimi ləğv edib
Digər ölkələr

İspaniya DİN əksər bölgələrdə xüsusi fövqəladə rejimi ləğv edib

İspaniya Daxili İşlər Nazirliyi elektrik təchizatı ilə bağlı ortaya çıxan problemlərə görə elan edilmiş fövqəladə vəziyyətin bir sıra bölgələrdə ləğv edildiyini açıqlayıb. Nazir Fernando Qrande-Marlaska, Andalusiya, Valensiya, Qalisiya, Kastiliya-La-Manç, Mursiya və Rioxada milli maraq dövrünün sona çatdığını bildirib. Ancaq “Ekstremadura və Madriddə isə rejim qüvvədə qalır” deyilib, çünki yerli hökumətlər yumşaldılma tələb etməyib.

Aprelin 28-də İspaniyada genişmiqyaslı elektrik kəsintiləri baş verib, bu, aviasiya və dəmir yolu bağlantılarına, ictimai nəqliyyata təsir edib. Madriddə işıqforlar və bir çox ictimai obyektlər fəaliyyətsiz qalmışdı. Kəsinti həmçinin Portuqaliya və Fransaya da təsir edib. Sonraya İspaniya enerji şəbəkələrinin operatoru “Red Electrica”, elektrik istehlakının 99,16%-nin bərpa edildiyini açıqlayıb.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video