“Ukraynaya dəstək məqsədilə hərbi təlimatçılardan və qərargah zabitlərindən ibarət 150 nəfərlik heyət göndərməyə hazırıq”.
Ölkənin Baş naziri Kristen Mixal açıqlayıb ki, ölkəsi Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi həmin koalisiyanın tərkibindəki missiyada iştirak etmək niyyətindədir.
K. Mixal müvafiq qərar layihəsinin təsdiqlənməsi üçün Parlamentə təqdim olunacağını bildirib.
Estoniyanın hökumət başçısı Ukraynanın təhlükəsizliyinin təminatının NATO-ya üzvlükdən keçdiyini əlavə edib:
“Şimali Atlantika Alyansına üzvlük məsələsində ləngimələr olsa, Ukraynanın təhlükəsizliyi müttəfiqlərdən təşkil olunacaq hərbi qüvvələr tərəfindən təmin edilməlidir. Burada həm də Avropanın təhlükəsizliyindən söhbət gedir. Avropa ailəsinə mənsub olan müstəqil və suveren Ukrayna Moskvanın imperializmi ilə mübarizə məsələsində ən uğurlu strateji zəmanətdir”.
Mənbə
Leave feedback about this