May 1, 2025
Mətbuat pr 32, Bakı
Karni ilə münasibətlərim əladır, o tezliklə Ağ Evə gələcək
Amerika

Karni ilə münasibətlərim əladır, o tezliklə Ağ Evə gələcək

“Mənim Karni ilə münasibətlərim əladır. O, dünən mənə zəng etdi. Dedi: “Gəlin bir razılaşma bağlayaq.”

Məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni haqqında deyib.

Tramp Karninin də sabiq Baş nazir kimi ondan nifrət etdiyini, lakin ondakı nifrətin sabiq Baş nazir Trüdo qədər olmadığını budğulayıb.

“Onların hər ikisi Trampdan nifrət edirdilər. Bu şəxs Trampdan daha az nifrət edir. Karni özü kifayət qədər liberal insandır. Mən dünən onunla danışdım. O, çox nəzakətli idi. Mən onu təbrik etdim.”, – Tramp bildirib.

Tramp daha sonra Kanadada keçirilən növbədənkənar parlament seçkilərinə də toxunub.

“Bilirsiniz, vəziyyət olduqca qeyri-müəyyəndir, çünki nəticələr demək olar ki, bərabərdir, bu da ölkə üçün çətinlik yaradır. Bu, çox sıx bir yarışdır. Amma o, çox xoş bir insandır və o, tezliklə Ağ Evə gələcək”, – Tramp deyib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video