May 1, 2025
Mətbuat pr 32, Bakı
Masallıda iki qız şagird, digər qız şagirdi döyərək ona xəsarət yetirib
Hadisə

Masallıda iki qız şagird, digər qız şagirdi döyərək ona xəsarət yetirib

Masallıda şagirdlər arasında insident yaşanıb.

Məlumata görə, hadisə rayonun Şərəfə kənd məktəbində baş verib.

Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Xəstəxanadan məlumatda deyilir ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video