“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla 15 dəqiqə danışıb, onu Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe tutmağa və atəşkəs rejimini yenidən prioritet hesab etməyə çağırıb”.
Məlumata görə, bu barədə etibarlı mənbəyə əsasən məlumat yayıb.
Nəşr yazır ki, Zelenskinin müşavirləri fevralın 28-də Oval ofisdəki hadisədən sonra Trampla təkbətək görüşün risk sayıldığını hesab ediblər və bununla bağlı fikir ayrılığı yaşanıb.
“Lakin görüşdən sonra Zelenski hiss edib ki, ilk dəfə Trampın Putinlə bağlı fikrini dəyişməyə nail olub. ABŞ-yə qayıdan Tramp Kiyevə edilən kütləvi hava hücumuna cavab olaraq Putinə qarşı təhdid səsləndirib”.
Məlumatda deyilir ki, Zelenski Papa Fransiskin dəfn mərasimindən əvvəl Trampın pərdəarxası görüşməyə hazır olduğuna dair siqnallar alıb.
“Zelenski həmçinin görüşdə təkid edib ki, Tramp Ukraynanın qəbul etdiyi, lakin Rusiyanın rədd etdiyi sülh danışıqlarının başlanğıc nöqtəsi kimi qeyd-şərtsiz atəşkəslə bağlı ilkin təklifinə qayıtsın. Tramp deyəsən, bununla razılaşıb”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, nəşr yazır ki, Zelenski Trampa müharibəni bitirmək üçün güzəştə getməkdən qorxmadığını, lakin ona kifayət qədər etibarlı təhlükəsizlik zəmanəti lazım olduğunu deyib: “Və nəhayət, ABŞ Prezidenti təkid edib ki, Ukrayna mineral ehtiyatlara dair sazişi tez bir zamanda imzalasın”.
Mənbə vurğulayıb ki, Zelenski görüşdə Krımı Rusiya ərazisi kimi tanımayacağını təkrarlayıb, Tramp isə açıq şəkildə ondan bunu tələb etmədiyini bildirib.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb.
Leave feedback about this