May 1, 2025
Mətbuat pr 32, Bakı
Azərbaycan-Afrika əməkdaşlığı genişlənir: Yeni tərəfdaşlıqlar və beynəlxalq forumlar
Cəmiyyət

Azərbaycan-Afrika əməkdaşlığı genişlənir: Yeni tərəfdaşlıqlar və beynəlxalq forumlar

Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi, mədəni və strateji əməkdaşlıq istiqamətində fəaliyyətlər davam etdirilir. 

Məlumata görə, İstanbulda keçirilən son görüşdə 25-26 iyun tarixlərində baş tutacaq Türkiyə – Afrika Biznes Forumu və Sərgisində Azərbaycanın iş adamlarının iştirakı məsələsi müzakirə olunub.

Forumda 40-dan çox ölkədən təxminən 2 min sahibkarın iştirakı gözlənilir. Azərbaycan tərəfi bu tədbirdə təşkilati pavilyonla təmsil olunacaq.

Afrika ilə əlaqələrin inkişafında əsas diqqət yalnız iqtisadi deyil, həm də texnoloji və kənd təsərrüfatı sahələrinə yönəlib. Bu istiqamətdə Mərakeşdə keçirilən GITEX Africa 2025 texnologiya sərgisi və SIAM 2025 kənd təsərrüfatı sərgisində iştirak təmin olunub. Tədbirlər zamanı Afrika ölkələrinin potensialı yerində öyrənilib və Azərbaycan şirkətləri üçün əməkdaşlıq imkanları qiymətləndirilib.

Afrika – Azərbaycan Ticarət Əlaqələri Təşkilatı 2022-ci ildən bu yana Rusiyada keçirilən Rusiya – Afrika Humanitar Forumunda, eləcə də Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan müxtəlif iqtisadi tədbirlərdə fəal iştirak edib. Azərbaycanın iqtisadi və investisiya imkanları beynəlxalq platformalarda təqdim olunub və ticarət palataları ilə əməkdaşlıq üzrə ilkin razılaşmalar əldə olunub.

Təşkilat COP29 çərçivəsində Çad dövləti ilə əməkdaşlıq memorandumu imzalayıb, Tanzaniya ilə isə danışıqlara başlanılıb. Eyni zamanda, Afrika International Chamber of Commerce təşkilatı ilə onlayn formatda görüş keçirilib və bu görüş nəticəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Həmçinin, Africa Business Council prezidenti Dr. Amany Asfour ilə keçirilən görüş zamanı ticarət missiyaları, ortaq forumlar və strateji tərəfdaşlıqların imkanları müzakirə olunub.

Hazırda təşkilat Azərbaycanda fəaliyyət göstərən Əlcəzair, Sudan, Mərakeş və Misir səfirlikləri ilə sıx əməkdaşlıq münasibətləri qurub.

Diplomatik nümayəndəliklər tərəfindən irəli sürülən təşəbbüslərə müsbət yanaşma nümayiş etdirilir və qarşılıqlı dəstək ifadə olunur.

Gələcək planlara gəlincə, 2025-ci ilin payızında Azərbaycanda “Afrika Həftəsi” təşkil olunması nəzərdə tutulur. Həftə çərçivəsində biznes forumlarla yanaşı, mədəniyyət, təhsil, turizm və sosial sahələr üzrə tədbirlərin keçirilməsi planlaşdırılır.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video