May 2, 2025
Mətbuat pr 32, Bakı
Özünü maşınların altına atan şəxs tutuldu 
							
 - Foto - Video
Xəbər

Özünü maşınların altına atan şəxs tutuldu – Foto – Video

“20 Yanvar” dairəsində özünü maşınların altına ataraq təhlükə yaradan şəxslə bağlı ötən gün görüntülər yaymışdıq. 

Məlumata görə, DİN-in Mətbuat xidmətinə istinadən paytaxtın Yasamal rayonu ərazisində həmin şəxsin kimliyi polis tərəfindən müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.

“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir”, – məlumatda vurğulanıb.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video