Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uolts ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd göstəriləcək.
Məlumata görə, bu barədə Ağ Evin rəhbəri Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.
“Mayk Uoltsu ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı səfiri vəzifəsinə irəli sürəcəyimi elan etməkdən məmnunam”, – o qeyd edib.
Xatırladaq ki, Mayk Uolts və onun müavini Aleks Vonq vəzifələrini tərk ediblər.