ABŞ Ukraynaya F-16 avadanlıqlarının satışını təsdiqləyib

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

ABŞ Dövlət Departamenti F-16 təlim və texniki dəstək kimi xidmətlərin, həmçinin müvafiq avadanlıqların Ukraynaya 310,5 milyon dollara satışını təsdiqləyib.

Məlumata görə, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) saytında məlumat verilib.

Məlumatda qərarın ABŞ Konqresi tərəfindən təsdiqlənməli olduğu bildirilir.

Qeyd olunan paketə təyyarələrin modifikasiyası və modernləşdirilməsi, kadr hazırlığı, istismar və texniki xidmət, ehtiyat hissələri və istehlak materialları, yerüstü avadanlıqların təmiri və təchizatı, proqram təminatına dəstək, məxfi və məxfi olmayan sənədlərin, nəşrlərin və texniki məlumatların ötürülməsi, tədqiqat və araşdırmaların aparılması, ABŞ hökuməti və podratçılar tərəfindən mühəndislik, texniki və logistika xidmətləri daxildir.

Məlumatda deyilir ki, əsas podratçılar arasında “Lockheed Martin Aeronautic”, “BAE Systems” və “AAR Corporation” kimi şirkətlər var.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş