Bakı Ali Neft Məktəbinin tələbəri “Texnofest 2025” qalib oldular

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Bakı Ali Neft Məktəbinin “BANM 6” komandası Teknofest Aerokosmik və Texnologiya Festivalında uğur qazanıb.

Məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Texnofest 2025″də iştirak edən BANM komandası iki nominasiyada qalib olub.

Belə ki, yarışmanın final mərhələsində BANM-nin “Qızılqaya“ komandası “Texnologiyalar” kateqoriyası üzrə birinci yer qazanıb.

Universitetin “Xudafərin” komandası isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə üçüncü yer qazanıb.

Verilən məlumata görə, BANM-ın yetirmələrinə mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş