İsrail Ordusu yaxın günlərdə Qəzza zolağında hərbi hücumları gücləndirməyə hazırlaşır və bu məqsədlə on minlərlə ehtiyatda olan hərbçinin səfərbər olunacağı gözlənilir.
Məlumata görə, bu barədə məlumatda deyilir ki, “Bloomberg” agentliyi xəbər yayıb.
Mənbəyə əsasən, əməliyyatın genişləndirilməsi barədə qərar Benyamin Netanyahunun mayın 3-də keçirdiyi hökümət iclasında qəbul olunub.
Qeyd olunur ki, döyüşlərin intensivləşdirilməsi həm beynəlxalq aləmdə, həm də İsrail daxilində Netanyahunun üzərinə artan təzyiqlər fonunda baş verəcək.
Bu təzyiqlər uzun müddətdir davam edən və çıxış yolu görünməyən HƏMAS-la müharibəyə görə daha da güclənib.