Rusiyada turist avtobusu yol kənarındakı xəndəyə aşıb, yaralılar var

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

2025-ci il mayın 4-də səhər saatlarında Rusiya Federasiyasının Perm diyarında turist avtobusu yol kənarındakı xəndəyə düşərək aşıb.

Məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Perm ərazisi üzrə Baş İdarəsinin Teleqram kanalında məlumat verilib.

Hadisə nəticəsində ilkin məlumata görə, üç nəfər xəsarət alıb. Qəza, Kostroma–Şarya–Kirov–Perm avtomobil yolunun 140-cı kilometrliyində, Şaxarovo kəndi yaxınlığında baş verib. 1981-ci il təvəllüdlü Yutong markalı avtobusun sürücüsü, idarəetməni itirərək sağ tərəfdəki xəndəyə düşüb və nəqliyyat vasitəsi aşıb .

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş