İran prezidentinin oğlu “Traktor”un azarkeşlərini müdafiə etdi

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

İran Prezidenti Məsud Pezeşkianın oğlu, Prezident Administrasiyasının rəhbərinin müavini və media üzrə köməkçisi Yusif Pezeşkian dünən Təbrizin futbol komandası “Traktor”un azarkeşlərinə qarşı səsləndirilən ittihamlara sərt reaksiya verib.

Məlumata görə, Yusif Pezeşkian bu barədə özünün “X” hesabında yazıb.

“Psixologiya üzrə ixtisasım yoxdur, ancaq hesab edirəm ki, stadionlarda bəzi baş verənlər psixoloji cəhətdən araşdırılmalıdır və cəmiyyətin öz həyəcanı və enerjisini boşaltması ilə bağlıdır. Azarkeşlərə “pantürkist” və “separatçı” damğası vurmaq strateji səhvdir”, – deyə Y.Pezeşkian qeyd edib.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş