Dostunun öldüyü qəzada günahlandırılan sürücü məhkəmə zalında həbs edildi

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Gəncə Apellyasiya Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Sənan Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 29 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi, Sabir Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan S.Quliyev tanışına məxsus BMW markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində sərnişin qismində olan dostu Alan Kirov aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisədən sonra S.Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum olunub və məhkəmə iclası zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş