Məntəqəni su basdı, sürücülər çarəsiz qaldı – Video

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb.

Məlumata görə, elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda avtomobillərini elektriklə təmin etmək istəyənlərin məntəqəyə yaxınlaşa bilmədiyini görmək mümkündür. Problemin ötən axşam yağan yağışdan sonra ortaya çıxdığı bildirilir.

Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazini təmizləmək üçün heç bir iş aparılmır.

Məsələ ilə bağlı etibarlı mənbədən sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda yağış sularını kənarlaşdırmaq üçün Bakı Olimpiya Stadionunun drenaj sistemi mövcuddur.

Bakı Olimpiya Stadionunun mətbuat xidməti Fərid Əsədzadə isə açıqlamasında qeyd etdi ki, sözügedən ərazi rəsmi olaraq stadionun deyil: “Stadionun parkinqidir, ancaq cavabdeh biz deyilik. Stadiona aid olan ərazi hasarlanıb”.

Sözügedən görüntüləri təqdim edirik:

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş