Mətanət İsgəndərlinin 27 ildən sonra baş tutmuş solo konsertindən GÖRÜNTÜLƏR

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Əməkdar artist Mətanət İsgəndərli 27 ildən sonra solo konsert proqramı ilə çıxış edib.

Məlumata görə, “Gəl qayıdaq o illərə” adlı konsert Heydər Əliyev Sarayında təşkil olunub.

Tədbirdə bir sıra tanınmış simalar, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Sənətçi özünün ən sevilən mahnılarını ifa edərək, tamaşaçılara nostalji dolu anlar yaşadıb.

Tədbir canlı musiqi və dillər əzbəri olan nəğmələrlə zəngin olub, iştirakçılara unudulmaz bir gecə bəxş edib. O həmçinin bəstəkar Faiq Sücəddinovla duet də oxuyub.

Qeyd edək ki, Mətanət İsgəndərli sonuncu dəfə 1998-ci ildə solo konsert vermişdi.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş