Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Rus jurnalist: İrəvanın mərkəzinə axşamlar ancaq sonsuz sayda fahişə çıxır” adlı süjet hazırlanıb. Məlumata görə, verilişdə türklərə məxsus İrəvan şəhərinin məhəllələrində baş verən hadisələrdən bəhs olunub. Bildirilib ki, İrəvanı tikən yerli əhali qovulandan sonra buraya yerləşən ermənilər yüz il əvvəl özlərinə yeni şəhər düzəldiblər: “Bu şəhərin evlərindən didərgin düşən əhalisi Vətən həsrəti ilə yaşayır, onların evlərində, məhəllələrində baş verən mənzərəni isə qrafik reportaj janrında yazıları ilə tanınan Viktoriya Lomasko “İrəvana səyahət. Qadınlar Ermənistanı dəyişəcək, İrəvanda kimlər yaşayır?” adlı məqaləsində dəqiqliklə göstərib.
Rus jurnalist İrəvanın əsl sahibinin azərbaycanlılar olduğunu sübut edir və yazır ki, Ermənistanda ermənilərdən başqa kimsə yaşamır: “Ermənistanda cüzi azsaylı xalqlar təcrid olunub. Ermənilər onlara ikrahla “fars” deyirlər. Xarici turistlər Ermənistana sərxoş olmağa, qızlara görə gəlirlər. İrəvanın mərkəzinə axşamlar ancaq sonsuz sayda fahişə çıxır. İrəvanın yerli əhalisi köçəndən sonra, burada məskunlaşan qadınlar Ermənistanı dəyişəcək”.
Onun yazdığına görə, köhnə müsəlman mənzərəli İrəvan tam dağıdılıb: “Təpəbaşında yaşayan ermənilər azərbaycanlıların evində yerləşdikləri üçün mülk sənədləri yoxdur. Təpəbaşında türklərin evində yaşayan ermənilər buranı lənətlənmiş yer hesab edirlər. Burada tələm-tələsik ermənilərə əmlak sənədi verilməyə başlayıb”.
Süjetdə İrəvanda azərbaycanlılara qarşı törədilən qətliamın şahidi olan şəxslərin sözlərinə də yer verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: