İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində həbs edilən İstanbulun sabiq meri Əkrəm İmamoğlunun “X” sosial şəbəkə hesabına məhkəmə qərarı ilə giriş bloklanıb.
Məlumata görə, məhkəmə İmamoğlunun sözügedən sosial şəbəkə hesabına girişi bloklamaqla bağlı qərarı İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna və “X” platformasına çatdırılıb.
Qərarla Əkrəm İmamoğlunun sosial şəbəkə hesabı Türkiyə sərhədləri daxilində bloklanıb. Lakin digər ölkələrdən İmamoğlunun hesabına giriş mümkündür.