Tramp 8 mayı Qələbə Günü elan etdi

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

ABŞ Prezidenti Donald Tramp 8 may tarixinin İkinci Dünya müharibəsində Qələbə Günü elan edilməsi barədə sərəncam verib.

Məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan məlumatda qeyd olunub.

Tramp bəyanatda “müttəfiqlərin nasional-sosializm və faşizm üzərində qələbəsini” vurğulayaraq, ABŞ-nin İkinci Dünya müharibəsində təxminən 250 min nəfər itki verdiyini xatırladıb.

“Əgər ABŞ əsgərlərinin bu fədakarlığı olmasaydı, müharibə qazanılmazdı və bugünkü dünyamız tamamilə fərqli görünərdi”, – deyə Tramp bildirib.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş