Azərbaycan karateçiləri dünya çempionatının ilk günündə 3 medal qazandılar

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Azərbaycanın ənənəvi karate milli komandası Polşanın Pulavı şəhərində keçirilən Fudokan üslubu üzrə 10-cu dünya çempionatının ilk günündə 3 medal qazanıb.

Məlumata görə, böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında mübarizə aparan Vüsal Seyidov (60 kq) qızıl medala sahib çıxıblar.

Veteranların yarışında isə Siyavuş Bayramov (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Fudokan karate üzrə dünya çempionatı 4 ildən bir keçirilir və bu ilki turnir mayın 11-də yekunlaşacaq.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş