Bakı şəhərində, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən “Şəki” restoranı sökülür.
Məlumata görə, restoranın sökülməsinin səbəbi sözügedən küçələrin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
Tikinti işləri ilə əlaqədar ətraf ərazilərdə yerləşən obyektlər plana düşüb.
Restoranın sökülməsini əks etdirən görüntünü təqdim edirik:
Xatırladaq ki, avtomobil tunelinin inşası ilə əlaqədar tikinti işləri etibarlı mənbəyə əsasən Həsən Əliyev küçəsi – metronun ”Koroğlu” stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.
Aygün Mirakif