İranda Şəhid Rəcai limanında baş verən partlayışlarda 11 işçi itkin düşüb

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışdan sonra 11 nəfər itkin düşüb.

Məlumata görə, bu barədə İran KİV-ə açıqlamasında Hörmüzgan əyalətinin Əməkçilər Evinin məsul katibi İsmail Hacızadə məlumat verib:

“Şəhid Rəcai limanında 11 işçi itkin düşüb və onların taleyi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Hörmüzgan əyalətinin Ədliyyə İdarəsi limandakı partlayışlarda ölənlərin sayını 70-dən 57-yə endirərək, say dəyişikliyinə səbəb kimi “parçalanmış cəsədlərin hissələrinin müxtəlif bağlamalara toplanması” olduğunu bildirib.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş