Ukrayna prezidenti Rusiyanın Türkiyəyə danışıqlara göndərdiyi nümayəndə heyətini “dekorativ” adlandırıb.
Vladimir Zelenski müharibəyə son qoymaq məqsədi daşıyan Rusiya-Ukrayna görüşündən əvvəl Ankaraya gəlib. Lakin görüşü təklif edən prezident Vladimir Putin bu danışıqlarda iştirak etməyəcək.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün 2-3 saat ərzində keçiriləcəyi gözlənilir.
Bu gün görüşün ləğv ediləcəyinə dair xəbərlər tirajlansa da, TASS-ın yazdığına görə görüş ləğv edilməyib.
Published On 15 May 2025