Küləklə bağlı sarı xəbərdarlıq elan edildi

Fidan Məmmədli
0 Min Read

Mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Şabran, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Ceyrançöl, Qazax, Ağstafa, Qobustan, Hacıqabul, Gəncə, Daşkəsən, Gədəbəy, Samux, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Mingəçevir, Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mənbə

    Share This Article
    Şərh edilməmiş