“Moody’s” reytinq agentliyi ABŞ-ın reytinqini mənfi proqnozla AAA-dan AA1-ə endirib.
Bu haqda məlumat agentliyin saytında dərc olunub.
“21 pilləli reytinq şkalası üzrə bu bir pillə aşağı düşmə, on ildən artıq müddətdə hökumət borcunun və faiz nisbətlərinin müqayisə oluna bilən suveren ölkələrin səviyyəsindən xeyli yuxarı səviyyələrə yüksəlməsini əks etdirir”, – məlumatda deyilir.