Pro Liqa: “Ən-Nəsr” Asiya Çempionlar Liqasından məhrum ola bilər

Fidan Məmmədli
1 Min Read

Səudiyyə Ərəbistanı Pro Liqasında 32-ci turun oyunları keçirilir.

“Ən-Nəsr” doğma azarkeşləri önündə “Ət-Taavun”u qəbul edib.

Ər-Riyaddakı “Əl-Əvvəl Park”da baş tutan matçda Kapitan Kriştianu Ronaldunun yoxluğunda meydan sahibləri qalib gələ bilməyiblər. Görüş minimal hesablı heç-heçə ilə yekunlaşıb – 1:1.

Beləliklə də, sona 2 tur qalmış Stefano Piolinin yetirmələri yarış cədvəlində 64 xalla 4-cü pilləni tuturlar ki, bu da komandanın növbəti mövsümdə Asiya Çempionlar Liqasına çıxış etməsi üçün kifayət deyil.

Xatırladaq ki, Pro Liqada yalnız ilk üçlükdə qərarlaşan klublar qitə birinciliyində oynaya bilərlər. Hazırda “Ən-Nəsr”i 3-cü yerdən cəmi 1 xal ayırır.

Mənbə

    Share This Article
    Şərh edilməmiş