Mahir Emreli ilə maraqlanan Almaniya klubu bəlli oldu – ÖZƏL

Fidan Məmmədli
0 Min Read

Azərbaycan millisinin “Nürnberq” ilə müqaviləyə qarşılıqlı xitam verən hücumçusu Mahir Emreli ilə Almaniyanın “Kayzerslautern” klubu maraqlanır.

Məlumata görə, Emreli Almaniyada qalmağa davam etmək istəyir. Hazırda Emreli ilə Bundesliqa və Bundesliqadan-2-dən daha üç klub maraqlanır. Onlardan biri də “Kayzerslautern”dir. Lakin danışıqlar hələ çox irəli getməyib.

Qeyd edək ki, Mahir Emreli “Nürnberq” forması ilə son oyununa çıxmağa hazırlaşır.

Mənbə

    Share This Article
    Şərh edilməmiş