ABŞ-nin bəzi bölgələrində baş verən qasırğa nəticəsində 27 nəfər ölüb.
Məlumata görə, ölənlərin 25-i Missuri və Kentukki ştatlarının payına düşür..
Təbii fəlakət nəticəsində bir sıra ştatlarda binalar dağılıb. Viskonsin ştatında üz minlərlə insanı işıqsız qalıb.
ABŞ Milli Meteoroloji Xidməti fırtına və tornadoların tezliklə Texas, Kanzas və Oklahoma ştatlarına doğru istiqamətlənəcəyi barədə xəbərdarlıq edib.
Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyinin proqnozlaşdırıldığı bildirilib.
