Meteohəssas insanların diqqətinə: Güclü geomaqnit qasırğası proqnozlaşdırılır

Fidan Məmmədli
1 Min Read

Günəşin cənub yarımkürəsində yerləşən böyük tac dəliyi mayın 18-də kosmik havaya və Yerin maqnit sahəsinə təsir göstərməyə davam edir.

Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Astronomiya laboratoriyasının və Günəş-Yer Fizikası İnstitutunun alimləri məlumat veriblər.

Alimlər bildiriblər ki, Yer mayın 17-də dəliyin təsir zonasına daxil olmağa başlayıb. Hazırda planetimiz kifayət qədər ifrat xüsusiyyətlərə malik dəlikdən axan plazmaya tam qərq olub.

Mütəxəssislərin fikrincə, planetin yaxınlığında günəş küləyinin sürəti 700-800 km/s-ə çatır, ətrafdakı qazın temperaturu isə beş dəfədən çox artıb, yarım milyon dərəcə və daha yüksək təşkil edir.

Alimlər belə şəraitdə maqnit qasırğalarının baş vermə ehtimalının yüksək olduğu barədə xəbərdarlıq ediblər.

    Share This Article
    Şərh edilməmiş