Fələstinyönümlü fəallar İsrail təmsilçisi Yuval Rafaelin “Avroviziya-2025” mahnı müsabiqəsinin finalında çıxışı zamanı səhnəyə boya paketləri atmağa cəhd göstəriblər.
Məlumata görə, fəallar boyanı İsveçrənin Bazel şəhərində çıxış edən ifaçının üzərinə ata bilməyiblər, lakin boya tamaşaçıların, o cümlədən etibarlı mənbəyə əsasən müxbirin üzərinə düşüb.
Təhlükəsizlik xidməti hücum edən üç nəfəri saxlayıb.